“Zirə”dən “Baku”ya

“Zirə”nin keçmiş futbolçusu Aleksandr Şemonayev karyerasını AFFA-nın təşkil etdiyi region liqada davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, “Baku” klubu onu heyətə qatıb.

34 yaşlı müdafiəçi Azərbaycanda “Simurq”, “Xəzər Lənkəran”, AzAL kimi klublarda forma geyinib. “Baku”da “Qarabağ”ın keçmiş hücumçusu Vüqar Nadirov da çıxış edir.

Həmin kateqoriyadan