- Baxış sayı: 14
- 24 Aprel 2024 19:23
- Baxış sayı: 34
- Aprel 23, 2024
- 0
Topaz premyer liqasının 20-ci turunun “Qarabağ”la səfər oyunu “Zirə”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, komandanın qapıçısı Kamal Bayramov və yarımmüdafiəçisi İlkin Muradov 40-cı dəfə meydana çıxıblar.
Bu göstəricidə Riçard Qadzeyə çatan cütlük klub tarixində ən çox oyun keçirən futbolçular siyahısında 14-16-cı yerlərdə qərarlaşıblar. İlkin bu görüşlərdə 1 qol vurub, Kamal isə 36 top buraxıb.
Hər 2 oyunçu üçün ölkə çempionatında da əlamətdar görüş olub. 10 kubok matçında da iştirak edən 34 yaşlı qolkiper çempionatda 30-cu dəfə “Zirə”nin formasını geyinib. 23 yaşlı yarımmüdafiəçi isə premyer liqada 35-ci oyununa çıxıb. O, 5 kubok matçında da şans qazanıb.
Qeyd edək ki, Kamal 2015/16, İlkin 2016/17 mövsümündə “Zirə”də debüt matçına çıxıb.