“Zirə”nin 30-cu ev qələbəsi

“Zirə” premyer liqada 30-cu ev qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, mövsümün 2-ci turuna təsadüf edib. Yeni mövsümdə ilk dəfə doğma divarlar arasında oynayan “qartallar” “Neftçi”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Komanda öz meydanında keçirdiyi 61-ci matçında “30”a çatıb. “Zirə” yüksək dəstədə debüt etdiyi 2015/16 mövsümündə 12, növbəti çempionatda 7 dəfə qonaqları xalsız qoyub.

2017/18 mövsümündə 6, ötən yarışda 4 qələbəsi olan “qartallar” evdəki 30 uğurundan 5-cisini indiki baş məşqçisi Samir Abbasovla qazanıb.

Həmin kateqoriyadan