“Zirə”nin baş məşqçisinə cəzanın növbəti hissəsi də qüvvəyə minib

Bu gün AFFA intizam komitəsinin toplantısında Topaz premyer liqasının 23-cü turunun oyunları ilə bağlı qərarlar qəbul olunub. Allsport.az saytı sizi çıxarılan cəzalarla tanış edir:

“Sumqayıt” – “Keşlə” matçının 81-ci dəqiqəsində qonaq futbolçu Məqsəd İsayev 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qəbələ” – “Səbail” matçında ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Kəpəz” – “Qarabağ” matçında Gəncə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. Görüşün 37-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçında “ağ-qaralar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Matçın 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. İntizam komitəsinin 21 fevral 2018-ci il 25 №-li protokoluna əsasən Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilmiş və ona 6 ay sınaq müddəti verilmişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.

Həmin kateqoriyadan