“Zirə”nin məşqçisi: Qalan oyunlarımız finala bərabərdir

“Zirə” Topaz premyer liqasının 26-cı turunda “Səbail”i səfərdə 1:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında cəzalı baş məşqçisi Ayxan Abbasovu əvəzləyən Elnur Çodarov bunu deyib:

“Rəqibi təhlil etmişdik. Bilirdik ki, bizi çətin səfər gözləyir. Samir Əliyevin komandasının çox əzmkar olduğu göz qabağındadır. Bunda da baş məşqçinin işi görünür. Samir müəllim qış fasiləsindən sonra daha yaxşı komanda formalaşdırıb.

Buna görə onu təbrik edirəm. Bizə gəlincə, nəyin hesabına olur-olsun, qələbə qazanmalı idik. Qələbədə əzmkarlıq, ruh yüksəkliyi həlledici oldu. Rəhbərliyə təşəkkür edirik ki, arxamızda dayanıblar. Qalan oyunlarımız finala bərabərdir. 5-ci yeri təmin etmişik. Qalan 2 oyunu da inşallah, udacağıq”.

Həmin kateqoriyadan