“Zirə”nin “Neftçi” üzərində böyük üstünlüyü

Bu həftə Topaz premyer liqasında 5-ci turun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Sentyabrın 22-də baş tutacaq qarşılaşma komandalar arasında ölkə çempionatlarında 13-cü duel olacaq.

İndiyədək baş tutan 12 görüşdə “qartallar”ın böyük üstünlüyü var. 8 qələbə qazanan “qartallar” 3 dəfə heç-heçə edib və yalnız 1 matçda uduzub. Texniki nəticənin nəzərə alınmadığı top fərqində də bu üstünlük əksini tapıb – 15:7.

Bu matçlarda “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diezdir. Onun hesabında 3 qol var. Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə fərqlənib. “Neftçi”nin qapısına qol vuran digər 7 oyunçu hərəyə 1 dəfə fərqlənibsə, 1 dəfə də rəqib avtoqola üzülüb.

“Mavi-qırmızılar” premyer liqa çərçivəsində 7-ci dəfə bu rəqibi qonaq edəcək. İndiyədək evdə 6 dəfə meydana çıxan “Zirə” 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qol vurduğu görüşlərdə qonaqlar 3 dəfə fərqlənib.

Həmin kateqoriyadan