“Zirvə” Beynəlxalq İdman Klubunun 1-ci açıq mərhələ yarışı başlayıb

30 iyul – 6 avqustda “Zirvə” Beynəlxalq İdman Klubunun cari mövsüm 1-ci açıq mərhələ yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaq “Zirvə İnternational Sport Clubs”ın finalına güclü idmançıların seçilməsi, Azərbaycan çempionatları və birinciliklərinə yığma heyətin formalaşması, ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yaş qrupları üzrə milli komandanın komplektləşdirilməsinə dəstək göstərilməsi məqsədi güdür.

Yarışlar 30-31 iyul 2016-cı il tarixdə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin əsas yarış zalında start götürəcək. 30 iyulda Xırdalan, Masazır və yığma komandanın, 31 iyul da isə Ismayıllı, Şamaxı, Qobustan və Sumqayıt idmançıları mübarizəyə qoşulacaqlar. Növbəti yarış 2-4 avqust 2016-cı il tarixlərində Lənkəran şəhəri “Lənkəran-Zirvə” İdman klubunun yarış zalında keçiriləcək. Avqustun 2-də Neftçala, 3-4 avqustunda Lənkəran və Lerik idmancıları körpücük üzərinə çıxacaqlar. Son olaraq isə 6 avqust tarixində Samux şəhəri “Samux-Zirvə” İdman klubunun yarış zalında Samux, Qazax, Gəncə, Goranboy, Şəki idmancıları qüvvələrini sınayacaqlar.

Təşkilitai işlərə “Zirvə” İnternational Sport Clubs MMC rəhbərlik edir və yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunur. Yarışda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində fəaliyyət göstərən “Zirvə”nin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və AHİTA-nın idman məktəblərinin və bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.

Yarışın qalib və mükafatçıları yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq olaraq“Sinkler” cədvəli əsasında müəyyən olunacaqlar. Hər yaş qrupunda ilk 3 yerləri tutan idmançılar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan