“Zirvə” oyunlarında qılıncoynatmada qızıl medalçılar

Xırdalanda Heydər Əliyevin xatirəsinə “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, artıq qılıncoynatmada da qaliblər bilinib.

Şpaqaçı oğlanlarda Orxan Həsənli, qızlarda Nazilə Rəhimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sablyaçılarda Rəsul Əliyev və Xədicə Şamilova qızıl medal qazanıblar.

Həmin kateqoriyadan