“Zirvə”çi Rio-2016-nın gümüş medalını qazanıb

Rio-2016-da ağırlıqqaldıranların mübarizəsində “zirvəçi”lərdən biri uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Klubunun Ankara “Altunpark-Axarsu” yarış zalında keçirilən ilk dünya çempionatında iştirak edərək 2-ci yer tutan Daniyar İsmayılov (69 kq) eyni nəticəni Braziliyada da təkrarlayıb.

O, birdən qaldırma hərəkətində 163 kq-ı ram etməklə bu hərəkətdə bütün rəqiblərini qabaqlayıb. Təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıran türkiyəli, həmin yanaşmada 2-ci olub. Toplam 351 kq (163+188) nəticə göstərən Daniyar olimpiya oyunlarının gümüş medalına sahib çıxıb.

Həmin kateqoriyadan