“Zirvəçilər” Ukrayna birinciliyində 2 qızıl və 1 gümüş medala sahib oldular

Ukraynanın Kolomiya şəhərində yaşı 20-yə qədər olan gənc ağırlıqqaldıranların ölkə birinciliyi keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, yarışda 150-yə yaxın atlet medallar uğrunda mübarizə aparıb. Rəqabətdə “Jidaçiv-Zirvə” klubunun nümayəndələri də qüvvələrini sınayıblar. Onlardan üçü uğur qazanmağı bacarıblar.

62 kq çəki dərəcəsində mübarizə aparan Oleq Mahmudov təkanla qaldırmada 119 kq nəticə göstərərək bu hərəkətdə 2-ci yerə çıxıb. O, toplamda 212 kq (93+119) nəticə ilə 4-cü olub.

69 kq-da birdən-birə iki idmançımız fəxri kürsüyə qalxıb. Vasil Kalapaç toplamda 246 kq (116+130) nəticə göstərib və gümüş medala sahib çıxıb. Qızıl medalı isə “Jidaçiv-Zirvə”nin daha bir atleti – Artur Qordişinski qazanıb. O, toplamda 257 kq (117+140) nəticə göstərərək çempion olub.

105 kq-da da qalib adına klubumuzun nümayəndəsi çıxıb. Volodimir Qoza toplam 373 kq (171+202) nəticə ilə bütün rəqiblərini qabaqlayıb. 19 yaşlı ağır atlet ən yaxın izləyicisində 35 kq (!) çox çəkini ram etməklə səviyyə fərqini ortaya qoyub.

Həmin kateqoriyadan