“Zirvə”nin açıq cüdo birinciliyi keçirilib

Martın 25-də yeniyetmə oğlan və qız cüdoçular arasında “Zirvə” Beynəlxalq İdman Klubunun açıq birinciliyi keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, Masazırdakı İdman Kompleksində baş tutan turnirdə 70-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Yarışda “Zirvə” BİK-in Sumqayıt, Bakı, Abşeron və İsmayıllı filiallarının, həmçinin Sumqayıtın 2 saylı UGİM və İOEUGİM, həmçinin Bakının Yasamal UGİM-1 nümayəndələri tatami üzərinə çıxıblar.

Maraqlı mübarizə şəraitində keçən yarışda klubumuzun üzvləri fərqləniblər. “Bakı-Zirvə” cüdoçuları 3 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında turnirin qalibi olublar. 2-ci yeri Sumqayıtın 2 saylı UGİM-i, üçüncü yeri isə “Sumqayıt-Zirvə” idmançıları tutublar.

Həmin kateqoriyadan