Ziya Əzizovlu “Den Boş”un növbəti qələbəsi

Niderland 1-ci divizionunda 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası “Den Boş” doğma meydanda “Kambuur”la qarşılaşıb.

Ev sahibləri bu görüşdən qələbə ilə ayrılıblar – 3:1. Futbolçumuz matçın 87-ci dəqiqəsində meydana buraxılıb. “Den Boş” 10 turdan sonra 11 xalla 20 komanda arasında 15-cidir.

Həmin kateqoriyadan