Ziya Rəcəbov: Yeni mövsümə daha iddialı qoşulacağıq

“Sərhədçi” Olimpiya İdman Mərkəzində kişi voleybolçuların yüksək liqası sona çatdı. Allsport.az saytı xəbər verir ki, finalda “Sərhədçi” hər 2 görüşdə “Lokomotiv” klubuna 1:3 uduzdu. Görüşdən sonra gümüş medal qazanan komandanın baş məşqçisi Ziya Rəcəbov bunu deyib:

“Öz səhvlərimizdən uduzduq. Rəqibin ucaboy oyunçularının yaxşı blokları oldu. Biz də zəif deyildik. Sadəcə, hədd məsələsi bizə problem yaşatdı. Bəzi voleybolçularımızın səhhətində nasazlıq vardı. Bu da fiziki hazırlığa təsir göstərdi.

Topun qəbulunda da çoxlu səhvlərə yol verdik. “Sərhədçi” sıfırdan qurulub, cəmi 2 aydı məşq edirik. Legionçular da yeni gəlib. Heyətimizdə çox ciddi dəyişikliklər olacaq. Yeni mövsümə daha iddialı qoşulacağıq. Avrokuboklara qatılacağıq”.

Həmin kateqoriyadan