Ziyafət Əsgərov idman jurnalistlərindən niyə narazı qalıb?

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib. Allsport.az saytı xəbər verir ki, o, Milli Məclisin bugünkü iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı dilə gətirib. Report.az-ın məlumatına görə, Ziyafət Əsgərov jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən, ciddi yanlışlığa yol verdiyini qeyd edib:

“Məsələn, bəzən ciddi bir mətbuat orqanında “Filan futbolçu 60 milyona satıldı”, yaxud da “Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, “Filan futbolçunun qiyməti açıqlandı” və bu kimi başlıqlı yazılar verirlər. Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır…

Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün, nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır”.

Həmin kateqoriyadan