Zoran Terziç: Son olimpiadada oynamış Serbiya komandası ilə indiki arasında çox böyük fərq var

Sabah MDB məkanında ilk dəfə Azərbaycanda qadın volebolçuların Avropa çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, “D”  qrupunda yer alan Serbiya millisi yarışın iddialı komandalarındandır. Baş məşqçi Zoran Terziç ümumi durumu belə dəyərləndirib:

“Azərbaycan adətən beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir. Bura uzun səfər etmişik. Mehmanxana və oyunların keçiriləcəyi zalda yüksək şərait yaradılıb. Son olimpiadada oynamış Serbiya ilə indiki komanda arasında çox böyük fərq var.

Zədələrə görə heyətdə əsaslı dəyişiklik etmişik. Rasiç özü də hələ zədədən sonra tam bərpa olunmayıb. Amma Serbiya istənilən halda, güclü komandadır. Rio-2016-dakı motivasiya ilə burda oynayacağıq və uğur qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan