- Baxış sayı: 45
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 53
- Noyabr 14, 2024
- 0
Şənbə günü axşam Əbu-Dabinin Yas-Marina avtodromunun start meydançasında “Sotheby’s” hərrac evinin Formula1 sahibləri ilə birgə tədbir keçiricək. Allsport.az saytı xəbər verir ki, cümə günü yarışların azarkeşləri və iştirakçıları bütün lotları, o cümlədən, 3 ədəd F1 maşınını nəzərdən keçirə biləcəklər.
Əsas lot 6-qat dünya çempionu Mixael Şumaxerin “Ferrari” markalı F2002 bolidi olacaq. 2002-ci il mövsümündə üç mərhələdə iştirak etmiş bu maşının təklif olunan qiyməti 5 milyon 500 mindən 7 milyon 500 min dollara qədərdir.
Şumaxerin daha bir maşını o qədər də bahalı deyil. “Benetton B192” bolidinin qiyməti 825 mindən 1 milyon 100 min dollaradəkdir.
Patrik Tambenin 1982-ci ildə Almaniya qran-prisini qazandığı “Ferrari 126 C2” maşınının qorunub saxlanılmış yeganə versiyası 2 milyondan 2 milyon 500 min dollaradək qiymətləndirilir.
Sadalanan bolidlərdən başqa, hərracda daha 10 ədəd idman maşını və avtomobil idmanının tarixini əks etdirən çoxlu sayda əşyalar satılacaq.