• Ça. İyl 5th, 2022

Əbu-Dabidə iddiaçılar turnirinin püşkatması oldu. Teymurun ilk rəqibi bilindi

Apr 28, 2022

BƏƏ-nin paytaxtı Əbu-Dabidə beynəlxalq şahmat federasiyasının rəhbər heyətinin toplantısı keçirilir. Allsport.az saytı xəbər verir ki, iclasda iddiaçılar turnirinin püşkatması olub. Mərasimdə ölkəmizi AŞF-in prezidenti Mahir Məmmədov təmsil edib.

Püşkə əsasən Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçımız ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Əlirza Firuzcaya qarşı oynayacaq. “Şahmat tacı”na iddiaçıların yarışı iyunun 16-dan iyulun 7-dək Madriddə keçiriləcək.

Qalib dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

AllEscortAllEscort