“Ədalətli idman ayı” idmançılarımızı təmiz qələbələrə doğru ruhlandırmağa davam edir

Allsport.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan layihə çərçivəsində, “Sumqayıt”- “Neftçi” oyunu zamanı futbolçular meydana əyinlərində AMADA tərəfindən hazırlanmış “Heydər Əliyev ili” və ədalətli idmanın təşviqinə aid xüsusi geyim və şüarlarla çıxıblar. Peşəkar futbol liqası və Azərbaycan premyer liqasında çıxış edən klublarımız bununla ədalətli idmanın dəyərlərinə olan sadiqliklərini nümayiş etdiriblər.

Ədalətli idman ayının fəxri qonağı, AMADA-nın ədalətli idman elçisi, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, meydana çıxaraq topa ilk toxunuşu edib.

Həmin kateqoriyadan