“Ədalətli nəticə heç-heçə idi”

Premyer liqasının XV turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:1) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Sumqayıt” aşağı pillələrdə qərarlaşsa da, bilirdik ki, bizi ağır səfər oyunu gözləyir. Komanda şəklində matça yaxşı hazırlaşmışdıq. Futbolçular qarşılaşmaya yaxşı köklənmişdilər. Düşünürəm ki, bu gün bir xal qazandıq. Bu oyunu uda da bilərdik, uduzmaq ehtimalımız da az deyildi.

Düşünürəm ki, ədalətli nəticə heç-heçə idi. Hər matç çətindir. Hər rəqibə qarşı maksimum hazırlaşmaq lazımdır. Heyətimizdə itkilər var idi. Rotasiyalara getməyə məcburuq. Hər futbolçuya inamımız böyükdür. Kim daha hazırdırsa, onların üzərində dayanırıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish