- Baxış sayı: 46
- 16 May 2025 17:27
- Baxış sayı: 111
- May 18, 2025
- 0
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin fəxri zalına daxil edilmiş ciu-citsu master Roys Qreysi Azərbaycana gəlir. Allsport.az saytı xəbər verir ki, qonaq “Qodzilla” qrupun təşkilatçılığı ilə ölkəmizdə 4-günlük səfərdə olacaq.
İyulun 22-də o, Taekvondo federasiyasının zalında seminar keçəcək. Tədbir saat 15:00-da başlayacaq. Məşhur idmançı bazar günü saat 12:30-da jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
Tədbir “Fairmont” mehmanxanasında baş tutacaq.