- Baxış sayı: 37
- 21 Aprel 2025 18:20
- Baxış sayı: 97
- Aprel 21, 2025
- 0
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk qoldan sonra “İnter”in üstünlüyü vardı. Sonradan öz oyunumuzu yaxşılaşdırdıq. Lakin sonradan ikinci qolu buraxdıq. Əgər 2-ci qolu buraxmasaydıq, bəlkə də hesab fərqli olacaqdı. İndi isə əsas məsələ digər oyunlara hazırlaşmaqdır”.