“Əminəm ki, yeni çəkidə də olimpiadada uğur qazanacağam”

“Gələn ildən yarışlara yeni çəkidə qatılacağam. Bu, həm də yaşla bağlıdır. Çünki gənc yaşlarda çəkisalma bir qədər fərqli olur. Əvvəllər heç bir çətinlik yox idi və rahat çəki sala bilirdim”.

Allsport.az saytı xəbər verir ki, bunu Rio oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov bildirib. Titullu cüdoçunun sözünə görə, gələn ildən 73 kq-da deyil, 81 kq-da çıxış edəcək: “İndi çəki atdığım zaman bərpa prosesi çətin gedir və bu da yarışlarda nəticəyə təsirini göstərir. Düşünürəm ki, 81 kiloqram çəki dərəcəsi mənim üçün daha rahat olar.

İnşallah, həmin çəkidə 1 nömrəli olacağam. Gələn il Paris olimpiadasına əsas hazırlıq ilidir. Əminəm ki, yeni çəkidə də olimpiadada uğur qazanacağam”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish