Əmrəli komandasına qələbə qazandırdı

Millimizin futbolçusu Mahir Əmrəlinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa liqasında növbəti oyununa çıxıb.

Allsport.az xəbər verir ki, Varşava təmsilçisi  C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə “Lester”ini qəbul edirb  Start heyətdə meydana çıxan Əmrəli görüşün 31-ci dəqiqəsində hesabı açıb. Bu, oyunda yeganə qol olub. Beləliklə, 24 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.

Mahir Əmrəli matçın 83-cü dəqiqəsində əvəzlənib. O, meydanı tərk edərkən rəqib futbolçusu Meddinsonla mübahisə edib və hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

Qrupun digər matçında Moskva “Spartak”ı səfərdə “Napoli”yə qalib gəlib – 3:2.

İlk turda “Spartak”ı 1:0 hesabı ilə məğlub edən “Legiya” hazırda 6 xalla “C” qrupunda liderdir.

“Legiya” (Polşa) – “Lester” (İngiltərə) – 1:0 

Qol: Mahir Əmrəli, 31

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish