- Baxış sayı: 32
- 06 Dekabr 2023 23:34
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
Koronavirusa yoluxan millimizin və “Legiya”nın üzvü Mahir Əmrəlinin 3-cü testininin də nəticəsi neqativ olub.
Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, Mahirin oktyabrın 11-də verdiyi COVID-19 testinin pozitiv nəticəsi haqda UEFA-ya müvafiq məlumat verilib.
Həmçinin qeyd olunub ki, oktyabrın 11-də M.Əmrəlidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Əmrəlinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.
AFFA Mahir Əmrəlinin Serbiyaya qarşı DÇ-2022-nin bugünkü seçmə mərhələ oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb.