Əmrah Çəlikəl: Rəqabət gözəldir – fərqi yoxdur, futbolla və ya sağlıqla bağlı olsun

Bu gün “Qarabağ” ilə “Liv Bona Dea Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə Ağdam klubunun direktoru Əmrah Çəlikəl bunu deyib:

“Çox istərdik ki, bu gün bura başqa ovqatla gələk. Çempionlar liqasının qrupa düşmək hədəfimiz idi. Buna haqq edirdik. Təəssüf ki, son anda alınmadı. Anlaşmaya gəlincə, hər 2 tərəfə uğurlu olsun.

Bizim baş himəyadar “Azərsun”dur. Belə bir sövdələşmə planlanırdı. “Neftçi” klubunun belə müqavilə bağlamasından xəbərdarlıq. Rəqabət gözəldir – fərqi yoxdur, futbolla və ya sağlıqla bağlı olsun. Təki uğurlu və faydalı olsun”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish