- Baxış sayı: 50
- 17 Mart 2023 11:37
- Baxış sayı: 23
- Mart 21, 2023
- 0
Millinin futzalçısı Ramiz Çovdarov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, yığmanın təlim-məşq toplanışı haqqında danışıb:
“Yanvarın 10-dan təlim-məşq toplanışına yığışmışıq. Əslində isə məşqləri yanvarın 5-dən bərpa etmişik. Sadəcə, həmin vaxtdan Bakıda olan oyunçular hazırlıq prosesində iştirak edirdi. Plan üzrə hazırlıqlarımız davam edir.
Bəzən gün ərzində 1, bəzən isə 2 məşq keçirik. Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır. Çünki bir neçə futzalçımız fərqli klublarda və üslubda oynayırlar. Qalır onların baş məşqçinin verdiklərini meydanda icra etməsi”.