“Əziz Şuşa” beynəlxalq veloturu

İyulun 9-10-da gənclər və idman nazirliyi, velosiped federasiyası və Şuşa şəhəri dövlət qoruğu idarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” beynəlxalq velotur keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, nazirlər kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, “Şuşa ili” tədbirləri çərçivəsində təşkil ediləcək. 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı yarış iki mərhələdən ibarət olacaq.

İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.

İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli hava limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish