1-ci dərəcəli məşqçi kursuna yekun vurulub

Beynəlxalq olimpiya komitəsinin (BOK) Olimpiya həmrəyliyi fondu və “Vörld Triatlon”’un dəstəyi, Azərbaycan milli olimpiya komitəsi (MOK) və yerli triatlon federasiyasının birgə təşkil etdiyi məşqçilər üçün 1-ci dərəcəli kurs uğurla başa çatıb. Allsport.az saytı xəbər verir ki, təlimlərdə 16 məşqçi iştirak edib, onlardan 25%-ni qadınlar təşkil edib. Bu təşəbbüs ölkəmizdə triatlon üzrə məşqçi potensialının gücləndirilməsinə xidmət edir.

MOK-un mətbuat xidmətinin məlumatına görə, bağlanış mərasimində komitənin vitse-prezidenti Fərid Mansurov, idman idarəsinin müdiri Həsənağa Rzayev, layihə meneceri Elxan Səmədzadə, ATF-in baş katibi Seymur Hüseynov və mətbuat xidmətinin rəhbəri Sənubər İmanova, həmçinin beynəlxalq təlimçilər Firas əl-Həmid (İordaniya) və Aleksey Kalinin (Qırğızıstan) iştirak ediblər.

Həmin kateqoriyadan