1 nəfəri öldürüb, 4-nü yaraladı

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klublarının sabiq futbolçusu Sezər Öztürk silahlı qətl törədib.

Allsport.az xəbər verir ki, veteran yarımmüdafiəçi magistralda ona yol verməyən şəxslərə atəş açıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Sezər Öztürk Almaniyada “Bayer” və “Nürnberq” kimi komandaların da formasını geyinib. O, 2011 – 2013-cü illərdə “Fənərbağça”da, 2013 – 2015-ci illərdə “Beşiktaş”da çıxış edib. Veteran futbolçu Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish