“1 xal qazansaq da, bunu qənaətbəxş saymıram”

“Sumqayıt” premyer liqanın XXI turunda evdə “Qəbələ” ilə heç-heçə edib – 0:0.

Allsport.az xəbər verir ki, görüşdən sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib: “Qarşılaşmanın ilk 20 dəqiqəsini yaxşı oynadıq deyərdim. İkinci hissədə də oyunumuzu düzəltməyə çalışdıq. Lakin bir sıra səhvlərə yol verdik. Epizodlarımız olsa da, yararlana bilmədik. 1 xal qazansaq da, bunu qənaətbəxş saymıram”.

Həmin kateqoriyadan