- Baxış sayı: 41
- 10 Dekabr 2024 16:34
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
Allsport.az xəbər verir ki, o, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.
F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı – Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.