- Baxış sayı: 57
- 02 Oktyabr 2024 09:57
- Baxış sayı: 88
- Oktyabr 10, 2024
- 0
Azərbaycan komandası Paris-2024 yay olimpiya oyunlarında 14 idman növündə 48 idmançı ilə ümumi sıralamada 30-cu yer tutub. Allsport.az saytı xəbər verir ki, bizdən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Həşim Məhəmmədov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Məhəmmədxan Məhəmmədov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medala yiyələniblər.
Atlanta-1996-da ölkəmiz müstəqil olaraq, 23 idmançı ilə 9 idman növündə 1 gümüş medal ilə 61-ci, Sidney-2020-də 31 idmançı ilə 8 idman növündə 2 qızıl, 1 bürünc medal ilə 34-cü, Afina-2004-də 37 idmançı ilə 10 idman növündə 1 qızıl, 4 bürünc medal ilə 50-ci, Pekin-2028-də 44 idmançı ilə 10 idman növündə 1 qızıl, 1 gümüş və 4 bürünc medal ilə 40-cı, London-2012-də 53 idmançı ilə 15 idman növündə 2 qızıl, 2 gümüş və 5 bürünc 32-ci, Rio-2016-da 56 idmançı ilə 16 idman növündə 1 qızıl medal ilə 39-cu, Tokio-2020-də 3 gümüş və 4 bürünc ilə 44 idmançı ilə 14 idman növündə 7 gümüş və 10 bürünc medal ilə 67-ci olub.