15 taekvondoçumuz Avropa çempionatında iştirak edəcək

12-15 noyabrda Bosniya və Hersoqovina paytaxtı Sarayevoda gənc taekvondoçuların Avropa çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı 15 idmançı təmsil edəcək. 

Məmməd Abdullayev və Zahid Məmmədovun rəhbərliyi ilə oğlanlardan Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Ağayeva (46 kq), Aysu Məmmədova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) medallar uğrunda mübarizə aparacaqlar.

AÇ-nin ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva da yer alacaq.

10 noyabrda Sarayevoya yola düşəcək millimiz noyabrın 16-da vətənə dönəcək.

Həmin kateqoriyadan