16 yaşlı qazaxıstanlı “Çelsi”də

Qazaxıstanın “Kayrat” klubunun hücumçusu Dastan Satpayev “Çelsi” ilə müqavilə bağlayıb.

Allsport.az xəbər verir ki, 16 yaşlı futbolçu 2026-cı ilin yayında London klubuna keçəcək. Həmin vaxta qədər gənc oyunçu “Kayrat”da çıxışını davam etdirəcək.

Satpayev “Kayrat”da ötən ilin mayında debüt edib.

Həmin kateqoriyadan