17 yaşlı hücumçu tarixə keçdi

“Arsenal”ın hücumçusu İtan Nvaneri çempionlar liqasının 1/8 final mərhələsində PSV ilə ilk oyunda qol vurub.
Allsport.az xəbər verir ki, 17 yaş 346 günlük olan Nvaneri turnir tarixində çempionlar liqasının pley-off mərhələsində üçüncü ən gənc qolçu olub.
Rekord 2008-ci ildə “Barselona”nın heyətində “Şalke”yə 17 yaş 217 gün olarkən qol vuran Boyan Krkiçə məxsusdur. ÇL-nin pley-off mərhələsində fərqlənən ikinci ən gənc qolçu, 17 yaş 289 gündə 2021-ci ildə “Mançester Siti” ilə matçda “Borussiya Dortmund”un heyətinə qol vuran Cud Bellingemdir.

“PSV” – “Arsenal” matçı qonaqların 7:1 hesablı qələbəsi ilə bitib.

Həmin kateqoriyadan