2 ay oynaya bilməyəcək

“Barselona” ciddi itki ilə üzləşib.

Allsport.az xəbər verir ki, katalonların yarımmüdafiəçisi Mark Kasado sıradan çıxıb.

21 yaşlı futbolçu la liqanın XXVIII-ci turunun “Atletiko Madrid”lə oyununda zədələnib. İspaniyalının 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Kasado bu mövsüm meydana çıxdığı 36 oyun 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan