- Baxış sayı: 27
- 06 Dekabr 2023 22:03
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
Azərbaycan güləşi daha bir uğura yetişib. Allsport.az saytı xəbər verir ki, 2 hakim ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına yüksəlib. Bu barədə Dünya güləş birliyi qərar verib.
Ali qurum ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib referilərimizin sayı 3-ə çatıb.
Xatırladaq ki, Tokio-2020-də ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir. Olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə sahib olan hakimlər idarə edir.