- Baxış sayı: 31
- 13 May 2025 23:46
- Baxış sayı: 71
- May 13, 2025
- 0
Premyer liqanın 2-ci dövrəsində 28 oyunda 86 top vurulub. Allsport.az saytı xəbər verir ki, bu, ilk dövrə ilə müqayisədə 19 qol çoxdur. İlk 7 turda komandalar 67 dəfə fərqlənib.
1-nci dövrədəki kimi yenə 7 turluq hissənin ən yaxşısı “Qarabağ” olub. Mövsümün ilk 1/4-ində 17 xal toplayan Ağdam klubu bu dəfə 16 xal qazanıb.
2-ci dövrədə “Sabah” da həm qələbə, həm qol, həm xal sayında liderlə eyni göstəriciyə imza atıb. Lakin Bakı klubu təxminən 3 dəfə çox qol buraxıb. “Qəbələ” dövrəni liderlərdən iki xal geridə başa vurub.