2-ci gündə 2 bürünc

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçuların dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 2 təmsilçimiz fərqlənib.

Oğlanlarda 60 kq-da Nizami İmranov bürünc medal qazanıb. Nicat Nağıyev 5-ci və Əbil Yusubov (hər ikisi – 66 kq) 7-ci olub.

Qızlarda Aydan Vəliyeva (48 kq) bürünc mükafata sahib çıxıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish