2-ci gündə 3 gümüş və 2 bürünc

Gənclər və idman nazirliyinin dəstəyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təşkil etdiyi “Prezident kuboku” beynəlxalq reqatasının 2-ci yarış günü başa çatdı. Allsport.az saytı xəbər verir ki, avarçəkənlərimiz 3 gümüş və 2 bürünc medalla başa vurdular.

Birnəfərlik kayak qayığında 500 metr məsafədə Əlimurad Hacızadə (2009-2010) gümüş, Mustafa Vəlizadə (2011-2012) bürünc medal qazandılar.

İkinəfərlik kayak qayığında 500 metr məsafəyə rəqabətdə Mustafa Vəlizadə – Elmir Tarverdiyev (2011-2012) cütü gümüş, Sənan Cəfərzadə – Tahir Mövsümov bürünc medala layiq görüldülər.

Birnəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə mübarizədə Nurlan Paşayev (2006-2007) fəxri kürsünün 2-ci pilləsinə qalxdı.

Həmin kateqoriyadan