“2-ci hissədə gücümüz çatmadı”

“Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim. Oyunun gedişində bunun fəsadlarını yaşadıq. Birinci hissədən razı qaldım. İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq”. 

Allsport.az saytı xəbər verir ki, bu sözü futzal millimizin baş məşqçisi Joze Alesio da Silva Qazaxıstana 3:5 uduzduqları yoxlama oyunundan sonra deyib. O, 2-ci hissədə güclərinin çatmadığını bildirib: “Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular.

Bu azmış kimi, 2 oyunçumuz zədələndi. Edurado oyunu davam etdirə bilmədi. Qalo isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər 2 futzalçının növbəti oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədə var.

Bu oyun Polşa və Yunanıstanla matça hazırlıq baxımından yaxşı sınaq oldu”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish