2-ci MDB oyunları Azərbaycanda keçirilə bilər

Tatarıstan paytaxtı Qazanda Bədən tərbiyəsi və idman şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, bizdən gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov işritak ediblər. Adı 2-ci cəkilən təmsilçimiz, Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, 2-ci MDB oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb. Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarış proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti tədbirin 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb.

Digər iştirakçı ölkələrin nümayəndələri də MDB oyunlarının üstünlüklərindən danışaraq, öz təkliflərini irəli sürüblər. Sonra MDB-nin idman paytaxtının seçilməsi və 2022-ci ildən atletika üzrə Sağlamlıq Marafonunun keçirilməsinə dair qərarlar qəbul olunub. Növbəti oyunları təşkil edəcək ölkəni MDB icraiyyə komitəsi seçəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish