- Baxış sayı: 44
- 18 Fevral 2026 12:37
- Baxış sayı: 388
- Fevral 16, 2026
- 0

Budapeştdə ümumdünya şahmat olimpiadasında 2-ci tura yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz Finlandiyanı 3,5-0,5 məğlub edib. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Abbasov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbəylə başa vurub.
Qadınlardan ibarət seçməmiz Avstraliyanı 3:1 üstələyib. Günay Məmmədzadə və Xanım Balacayeva rəqibini məğlub edib. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib.
2 turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıblar.