2-ci Vətən müharibəsi qaziləri mükafatlandırıldı

Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası”nı izləməyə gələn 2-ci Vətən müharibəsi iştirakçıları və qaziləri mükafatlandırıldılar. Allsport.az saytı xəbər verir ki, gənclər və naziri Fərid Qayıbov və kanoe və avarçəkmə federasiyasının federasiyanın baş katibi Fərhad Əliyev təqdim etdilər.

Turnirin 1-ci günündə yarışlar Suqovuşanda keçirilir. Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İtaliya, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya və Ukraynadan 150-dək idmançı mübarizə aparır.

Oktyabrın 22-23-də yarış “Kür” olimpiya tədris-idman mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə mübarizə aparacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish