- Baxış sayı: 19
- 14 Noyabr 2024 18:23
- Baxış sayı: 30
- Noyabr 14, 2024
- 0
Komandanın keçmiş futbolçusu, 44-günlük 2-ci Vətən müharibəsinin iştirakçısı Talıb Rzayev, 9 yaşlılara məşqçi təyin edilib. Allsport.az saytı xəbər verir ki, bu elanı klubun idarə heyətinin sədri İlqar Nadiri verib. Yaxınlarda günlərdə onun AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət olunub.
Hələ müharibə dövründə yaralı olan qaziyə baş çəkən klub rəhbərliyi, səhhətinin imkan verəcəyi halda, gələcəkdə komandada məşqçi işləməsi və müvafiq kurslarda təhsil alması üçün şərait yaradılacağını bildirmişdi.
Gəncə futbolunun yetirməsi olan Talıb Rzayev “Kəpəz”in aşağı yaş qrupları ilə yanaşı, əsas komandasında da çıxış edib. O, “Cəsur döyüşçü” və Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilib.