- Baxış sayı: 41
- 30 Sentyabr 2024 18:01
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
2-ci Vətən müharibəsi şəhidlərinin xatirəsinə yeniyetmə atletlərin Bakı şəhər zona yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının stadionunda paytaxtın 12 komandası ilə yanaşı, Zəngilan və Şuşa rayon kollektivləri də mübarizə aparıblar.
Yarışdan öncə, Qarabağ savaşında şəhid olan hərbiçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, ardınca isə Azərbaycan dövlət himni səslənib.
Gərgin idman mübarizəsində Nərimanov komandası qalib gəlib. Xətai rayonu 2-ci, Xəzər 3-cü olub. Turnirin əsasnaməsinə uyğun olaraq, zona yarışlarında ilk 2 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar. Mükafatçılara Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən diplomlar təqdim olunublar.