- Baxış sayı: 39
- 14 Mart 2025 22:51
- Baxış sayı: 43
- Mart 14, 2025
- 0
AFFA intizam komitəsinin iclasında müxtəlif yarışlarla bağlı qərarlar verilib. Allsport.az saytı xəbər verir ki, futzal üzrə yüksək liqanın “Araz” – EKOL matçının 40-cı dəqiqəsində “Araz”ın futzalçısı İsa Atayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 1 oyun cəzalanıb.
EKOL – “Araz” matçının 38-ci dəqiqəsində meydan sahiblərindən Ramiz Çovdarov aqressiv davranışa görə meydandan kənarlaşdırıldığı üçün klub 2 oyun cəzalanıb.
2-ci liqanın “Atletiko Baku” – “Təbriz” matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Həvəskarlar liqasının “Fədək” – “Neftçala” matçında adı ilk çəkilən klub görüşə gəlmədiyi üçün, 0:3 hesablı texniki məğlubiyyət alıb.