- Baxış sayı: 37
- 16 Fevral 2025 11:37
- Baxış sayı: 43
- Fevral 17, 2025
- 0
Fevralın 3-də dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi və Azərbaycan stolüstü tennis federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 22 dövlət qurumundan 50 əməkdaş (10 qadın, 40 kişi) iştirak edib.
“Şüa” idman kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova, Nərgiz Daşdəmirova (hər ikisi – SOCAR), Yeganə Əlizadə (müdafiə nazirliyi) fərqləniblər. Kişilər arasında Əli Bayramov (fövqəladə hallar nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (dövlət turizm agentliyi) yarışı ikinci, Rauf Nuhov (müdafiə nazirliyi) isə üçüncü pillədə başa vurublar.