27 il sonra ilk dəfə ÇL-də Türkiyə klubu oynamayacaq

Bu mövsüm çempionlar liqasının 2-ci ələməsində “Fənərbağça” Kiyev “Dinamo”suna uduzaraq (0:0, 1:2) mübarizəni dayandırıb. Allsport.az saytı xəbər verir ki, “Trabzonspor” isə pley-ofda Danimarka “Kopenhagen”inə yenilib (1:2, 0:0).

Sonuncu dəfə ÇL-in 1995/1996 mövsümündə Türkiyə təmsilçisi qrup mərhələsində yer almayıb. Həmin vaxt “Beşikdaş” pley-ofda “Rusenburq”a məğlub olaraq (0:3, 3:1) mübarizəni dayandırmışdı.

Ümumilikdə 3 dəfə yaşanan bu hal ilk dəfə 1992/1993 mövsümündə baş verib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish