- Baxış sayı: 41
- 06 Dekabr 2024 21:24
- Baxış sayı: 152
- Dekabr 09, 2024
- 0
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin 3 idmançısı mərhələ adlayıb.
Qızbəs İsgəndərli (60 kq) 1/16 final mərhələsi çərçivəsində Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib. O, 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.
63,5 kq çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. Boksçumuz Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.
Abbasqulu Şadlinski (75 kq) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.
Dünya birinciliyi noyabrın 3-də başa çatacaq.